Türkiyə Suriyada yeni əməliyyatlar keçirməyəcək - Lavrov

 14:39 20.11.2019     12341

“Türkiyə Suriyada yeni əməliyyatlar həyata keçirmək niyyətində deyil”.

Redaktor.az “euronews”ə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Türkiyə Suriyada yeni əməliyyatlar keçirməyəcəyinə dair Rusiyaya məlumat verib.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ və Rusiya ilə Suriyanın şimalındakı vəziyyətlə bağlı əldə edilmiş sazişin şərtlərinin yerinə yetirilmədiyini deyərək, yeni əməliyyatların keçirilə biləcəyini bəyan edib.

Anar Türkeş / Redaktor.az