SON DƏQİQƏ: Bu qərb ölkəsi DƏHŞƏTLİ HADİSƏYLƏ sarsıldı - Onlarla ölü var

 15:53 26.11.2019     1730

Şiddətli qarşıdurmaların davam etdiyi Malidə iki helikopterin toqquşması nəticəsində 13 fransalı hərbçi həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Fransa prezidentinin mətbuat xidmətindən açıqlama verilib. Məlumata görə, hadisə antiterror əməliyyatları zamanı baş verib. Fransalı hərbçilər Mali ordusu ilə birgə terrorçuları təqib edərkən, helikopterlər toqquşub. Toqquşmanın təsirindən güclü partlayış baş verib. Hadisəylə bağlı qərb ölkələri Fransaya başsağlığı mesajları ünvanlayıb.

Hadisəyə pilotların diqqətsiz davranması səbəb olub. Bu, Fransa ordusunun son illərdə verdiyi ən böyük itkidir.

Qeyd edək ki, Fransa hökuməti Mali ordusuna antiterror əməliyyatlarında dəstək məqsədiylə bölgəyə minlərlə əsgər göndərib.

Anar Türkeş / Redaktor.az