Balkan yarımadasında ardıcıl zəlzələlər baş verir - 8 ölü, 200 yaralı

 14:34 26.11.2019     212

Balkan yarımadasında ardıcıl zəlzələlər baş verir.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Bosniya və Herseqovinada rixter cədvəli üzrə 5,4 bal gücündə yeraltı təkan qeydə alınıb. Zəlzələnin episentri paytaxt Sarayevodan 75 kilometr cənubda yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, səhər saatlarında Albaniyada  6,4 və 5,3 bal gücündə iki zəlzələ baş verib. 8 nəfər həyatını itirib. 200-dən çox yaralı var.

Anar Türkeş / Redaktor.az