Gürcüstan parlamentinə dörd yeni spiker SEÇİLDİ

 15:30 26.11.2019     230

Gürcüstan parlamentinin vakant vəzifələrinə namizədliyi təqdim edilən deputatlar bugünkü plenar sessiyada təsdiqləniblər. 

Redaktor.az xəbər verir ki, müxalifət partiyalarının boykot etdiyi sessiyada parlamentin birinci vitse-spikeri vəzifəsinə Gia Volski, spiker vəzifələrinə isə Mamuka Mdinaradze, Giorgi Kaxiani və Kaxa Kuçava seçilib. Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsi isə İrakli Berayaya həvalə edilib.

Qeyd edək ki, sessiya parlament binası qarşısında keçirilən etiraz aksiyası fonunda baş tutub.//Apa.az