Daha bir ölkə "F-35" almaq üçün ABŞ-a MÜRACİƏT ETDİ

 16:26 26.11.2019     834

Bolqarıstan “F-35” qırıcıları əldə etmək üçün ABŞ-a müraciət edib.

Redaktor.az xəbər verir  “Ağ ev”də Bolqarıstanın Baş naziri Boyko Borisovla bir araya gələn ABŞ prezidenti Donald Tramp belə açıqlama verib.

O bildirib ki, Bolqarıstan təyyarələrlə yanaşı, ABŞ istehsalı olan müxtəlif hərbi texnikaları almaqda maraqlıdır. Tramp Bolqarıstanın sifariş etdiyi təyyarələrin sayı barədə açıqlama verməyib.

Anar Türkeş / Redaktor.az