NATO-nun "beyni ölməyib" - Almaniya XİN

 16:40 26.11.2019     1140

Almaniyanın Xarici İşlər naziri Hayko Maas NATO-nun uğursuz fəaliyyət göstərdiyi ilə bağlı iddialara münasibət bildirib.

Redaktor.az-ın məlumatına görə, o bildirib ki, NATO-da bəzi problemlər olsa da, ümumilikdə hərbi alyans hadisələrə vaxtında müdaxilə edə bilir. Diplomatın sözlərinə görə, NATO Avropanın təhlükəsizliyinin zəmanətçisidir və bu gələcəkdə də belə olacaq.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron NATO-nu fəaliyyətsizlikdə ittiham edərək, hərbi alyansın “beyin ölümü”nün gerçəkləşdiyini irəli sürüb.

Anar Türkeş / Redaktor.az