Filippində oteldə faciə - Çox sayda ölü və yaralı var

 17:37 26.11.2019     6040

Filippinin Bakolod şəhərindəki kiçik oteldə güclü yanğın baş verib.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, hadisə zamanı 10-a qədər insan həyatını itirib. 5 mərtəbəli binada baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb. Çox sayda insan xilas edilib.

Məlumata görə, yanğın binanın zirzəmisində başlayıb və 5 saat davam edib. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az