SON DƏQİQƏ: Qardaş ölkədə FACİƏ - Onlarla hərbçi öldü

 18:04 26.11.2019     9517

Pakistanda hərbçilərin və onların ailə üzvlərinin olduğu avtobus qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, avtobusun dərəyə yuvarlanması nəticəsində azı 10 nəfər həyatını itirib. 29 yaralı var. Məlumata görə, dəniz qüvvələrində xidmət edən yaralı hərbçilərdən bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Şahidlər bildirir ki, nəqliyyat vasitəsi texniki nasazlıq səbəbiylə idarəetmədən çıxaraq aşıb.

Əraziyə cəlb edilən xilasedicilər, yaralıları və cəsədləri deformasiyaya uğrayan avtobusdan çıxarmaq üçün xeyli vaxt sərf ediblər.

Anar Türkeş / Redaktor.az