SON DƏQİQƏ: ABŞ-da həyəcan - "Ağ ev" BAĞLANDI / İnsanlar sığınacaqlara qaçır

 18:52 26.11.2019     5453

 

Vaşinqton səmasında icazəsiz uçan təyyarə müşahidə edilib.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, bu barədə paytaxt polisi məlumat yayıb. Polis insanlara sığınacaqlara getmək barədə çağırış edib. Yerli mənbələr "Ağ ev"in bağlandığını yazır.

Paytaxtdakı dövlət və hökumət binaları nəzarətə götürülüb. İcazəsiz uçan təyyarənin nəzarətə götürülməsi üçün qırıcılar havaya qalxıb. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az