Bağdadda qanlı günlər davam edir - Bir etirazçı güllələndi

 20:16 26.11.2019     1390

İraqın paytaxtı Bağdadda etiraz aksiyaları davam edir.

Redaktor.az RİA "Novosti"yə istinadən xəbər verir ki, aksiyalar zamanı bir nümayişçi aldığı güllə yarasından ölüb.

Məlumata görə, adı açıqlanmayan etirazçı tapançadan açılan atəş sonrası həlak olub

Mediada yayılan xəbərlərə görə, etiraz aksiyalarını zamanı baş verən iğtişaşlarda 300-dən çox adam ölüb, 15 min insan xəsarət alıb.

Rüfət Xəlil / Redaktor.az