SON DƏQİQƏ! Türkiyə sərhədindən ACI XƏBƏR - Ölənlər var

 21:07 26.11.2019     2292

PKK/YPG terror qruplaşması Suriyanın Resulayn bölgəsində terror aktı törədib.

Redaktor.az Milliyet-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi məlumat yayıb.

Bildirilir ki, avtomobilə bərkidilmiş bombanın partladılması nəticəsində Tel Halef kəndində 17 nəfər həlak olub, 20-dən çox yaralı var.

Rüfət Xəlil / Redaktor.az