Niderlandda iki terrorçu həbs edildi - Haaqada partlayışın qarşısı alındı

 06:15 27.11.2019     219

Niderland polisi Haaqa və Zutermerdə terror aktı planlaşdıran iki nəfəri həbs edib.

Redaktor.az "Russia Today" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli NOS nəşri məlumat yayıb.

Prokurorluqdan verilən xəbərə görə, Zutermerdə yaşayan 20 və 34 yaşlı adı açıqlanmayan iki şübhəli şəxs saxlanılıb.

Onların şəhərin müxtəlif istiqamətlərində partlayışlar törətməyə hazırlaşdığı qeyd olunub.

Həbs edilənlərin kimliyi və milliyəti gizli saxlanılır.

Rüfət Xəlil / Redaktor.az