Meksikalı narkotik kartelləri terrorçu kimi qəbul ediləcək - Tramp

 10:34 27.11.2019     1076

ABŞ prezidenti Donald Tramp Meksikada fəaliyyət göstərən narkotik kartellərinin terror qrupları sırasına daxil ediləcəyini bəyan edib.

Redaktor.az-ın məlumatına görə, o bildirib ki, 3 aydır bununla bağlı işlər görülür.

“Bilirsiniz ki, bu asan məsələ deyil. Bəzi proseslərdən keçmək lazımdır” - deyən Trampın sözlərinə görə, məsələ ilə bağlı  Meksika tərəfi ilə də danışıqlar həyata keçiriləcək. 

Anar Türkeş / Redaktor.az