İran Dəniz Qüvvələri komandanlığını Bəsrə körfəzinin sahilinə KÖÇÜRDÜ

 10:46 27.11.2019     2700

İran ordusu Dəniz Qüvvələri komandanlığını Bəsrə körfəzinin sahilindəki Hörmüzgan vilayətinə köçürüb.

Redaktor.az xəbər verir ki, bu barədə Hörmüzgan vilayətinin valiliyi açıqlama verilib. Bildirilib ki, bu addım İranın Bəsrə körfəzindəki nəzarətini daha da gücləndirəcək.

Qeyd edək ki, 3 gün əvvəl xarici KİV-lər ABŞ-a məxsus hərbi gəmilərin Bəsrə körfəzinə daxil olduğu barədə məlumatlar yayıb. İranın buna cavab olaraq Dəniz Qüvvələri komandanlığını Bəsrə körfəzi sahilinə köçürdüyü irəli sürülür.

Anar Türkeş / Redaktor.az