SON DƏQİQƏ: Bu Avropa ölkəsində ardıcıl 300 zəlzələ baş verdi - Yüzlərlə ölü və yaralı var / VİDEO

 11:21 27.11.2019     4877

Albaniyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb. 600-dan çox yaralı var.

Redaktor.az xəbər verir ki, təbii fəlakət nəticəsində çox sayda tikili sıradan çıxıb. Sakinlərin müvəqqəti yerləşdirilməsi üçün düşərgələr qurulub. Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün hərbçilər də cəlb olunub. Xatırladaq ki, ötən gün Albaniyada iki güclü zəlzələ baş verib.

Durres bölgəsində əvvəlcə 6,4 bal, ardınca isə 5,3 bal gücündə yeraltı təkan qeydə alınıb. Yeraltı təkanların episentri yerin 10 kilometr dərinliyində yerləşib. Güclü zəlzələrin ardınca bölgədə zəif təsirə malik 250-dən çox seysmik təkan qeydə alınıb.

Türkiyə hökuməti zəlzələ ilə bağlı Albaniyaya yardım göndərib. Avropa Birliyi və ABŞ hökuməti də yardım göndərməyə hazır olduqlarını bəyan edib.

Anar Türkeş / Redaktor.az