Həsən Ruhani Təbrizə səfər edib

 12:19 27.11.2019     489

“Azərbaycan və Təbrizin şücaətli xalqının qonağı olduğum üçün çox şadam”.

Redaktor.az-ın xəbərinə görə, bunu bu gün Təbrizə səfər edən İran Prezidenti Həsən Ruhani jurnalistlərə açıqlamasında deyib.

H. Ruhaninin səfərində məqsəd Sərab və Miyanədə baş vermiş zəlzələdən ziyan görmüş bölgələrə baş çəkmək, vəziyyətlə yerində tanış olmaqdır.

Eyni zamanda, İran Prezidenti səfər zamanı Bostanabad-Miyanə dəmir yolunun açılışında iştirak edəcək.//Apa.az