İsraildə hərbi helikopter ALIŞDI

 13:37 27.11.2019     535

İsrailin Neqav bölgəsində hərbi helikopter təcili eniş zamanı alışıb.

Redaktor.az İxlas xəbər agentliyinə istinadən bildirir ki, hərbçilər vaxtında helikopterdən çıxaraq, faciədən yayına biliblər. Məlumata görə, havaya qalxandan bir neçə dəqiqə sonra helikopterdə texniki nasazlıq baş verib və pilotlar təcili eniş barədə qərar veriblər.

Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az