Türkiyə vətəndaşlarının olduğu GƏMİ BATDI

 13:23 27.11.2019     212

Qərbi Afrika ölkəsi Mavritaniya sahillərində Türkiyə vətəndaşlarının olduğu balıqçı gəmisi batıb.

Redaktor.az DHA agentliyinə istinadən xəbər verir ki, dərhal hadisə yerinə sahil mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Onların səyi nəticəsində göyərtədəki şəxslər xilas edilib.

Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az