Tramp iki hinduşkanı BAĞIŞLADI

 14:00 27.11.2019     579

ABŞ prezidenti Donald Tramp “Ağ ev” də Şükran bayramı münasibətiylə keçirilən ənənəvi mərasimdə iki hinduşkanı bağışlayıb.

Redaktor.az xəbər verir ki, bağışlanan quşlar Virciniya ştatındakı fermaya aparılıb.

Qeyd edək ki, hər il ABŞ-da Şükran günü ərəfəsində hinduşkaların bağışlanması mərasimi keçirilir. Builki mərasimə Tramp həyat yoldaşı Melaniya Tramp və digər ailə üzvləri ilə birgə qatılıb.

Anar Türkeş / Redaktor.az