Ali dini lider aksiyalardan danışdı - “Çox təhlükəli təxribat” idi

 15:37 27.11.2019     868

İranın ali dini lideri Ayətullah Əli Xamenei etiraz aksiyaları ilə bağlı açıqlama verib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbərinə görə, o, İrandakı aksiyaları “çox təhlükəli təxribat” adlandırıb. Dini liderin sözlərinə görə, nümayişlər bəzi qüvvələr tərəfindən maliyyələşdirilib.

“Benzinin qiymətinin bahalaşmasını bəhanə edərək, öldürməyi və dağıtmağı hədəfləyən çox təhlükəli təxribat İran xalqı tərəfindən iflasa uğradıldı” - deyə Xamenei bildirib.

Xatırladaq ki, İranda benzinin 3 dəfə bahalaşmasına qarşı keçirilən aksiyalar zamanı beynəlxalq təşkilatların məlumatına görə 100-dən çox insan həyatını itirib.

Anar Türkeş / Redaktor.az