İranda benzinin istehlakı 20 milyon litr azaldı

 17:30 27.11.2019     373

İranda benzinin qiymətinin 3 dəfə bahalaşmasından sonra yanacağın istehlakı təqribən 20 milyon litr azalıb.

Redaktor.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Neft Nazirliyindən açıqlama verilib.  Bahalaşmaya qədər benzinin gündəlik istehlakı 98 milyon litr idi. İndi isə bu göstərici 79 milyon litrdir.

Xatırladaq ki, İranda benzinin 3 dəfə bahalaşmasına qarşı keçirilən aksiyalar zamanı beynəlxalq təşkilatların məlumatına görə, 100-dən çox insan həyatını itirib.

Anar Türkeş / Redaktor.az