Albaniyada növbəti güclü zəlzələ baş verdi

 20:57 27.11.2019     387

Albaniya sahillərində növbəti güclü zəlzələ baş verib.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, Avropa-Aralıq Seysmoloji mərkəzinin qeydə aldığı yeraltı təkanların gücü 5,3 bal gücündə olub.

Zəlzələnin episentri Adriatik dənizi sahilində, paytaxt Tiranadan 42 kilometr şimal-qərbdə qeydə alınıb.

Dağıntı və insan təlafatı haqda məlumat verilmir.

Rüfət Xəlil / Redaktor.az