Rusiya Suriyanın şimalında daha 3 hərbi baza qurub

Rusiya Suriyanın şimalında hərbi bazalarının sayını artırıb.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Moskva PKK/YPG terrorçularının işğalı altındakı Haseke bölgəsində daha 3 hərbi məntəqə qurub.
Məlumata görə, hərbi məntəqəyə ilk mərhələdə 20-yə qədər rusiyalı hərbçi yerləşdirilib.
Qeyd edək ki, buna qədər Rusiya Suriyanın şimalında bir neçə hərbi baza qurub.
Anar Türkeş / Redaktor.az