Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni baş direktoru TƏSDİQLƏNİB

 16:54 02.12.2019     420

Rafael Qrossinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru vəzifəsinə təyinatı təsdiqlənib.

Redaktor.az-ın verdiyi xəbərə görə, bu gün təşkilatın baş konfransı xüsusi sessiyasında bu barədə müvafiq qərar qəbul edib.

BAEA-nın İdarə Heyəti 30 oktyabrda R. Qrossini təşkilatın baş direktoru təyin edib.

R. Qrossi 2013-cü ilin iyun ayından Argentinanın Vyanada yerləşən beynəlxalq təşkilatlarda daimi nümayəndəsi olub.

O, Latın Amerikadan təşkilata rəhbərlik edəcək ilk şəxsdir.  

Argentinalı diplomat dekabrın 3-dən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, BAEA-nın baş direktoru 4 il müddətinə təyin olunur.

Xatırladaq ki, BAEA-nın baş direktoru Yukiya Amano iyulun 22-si vəfat edib.//Apa.az