Putin və Si Cinpin "Sibirin gücü" boru xəttinin AÇILIŞINDA

Rusiyadan Çinə təbii qaz idxal edən boru xəttinin açılışı olub.
Redaktor.az xəbər verir ki, açılış mərasiminə Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin videogörüntü vasitəsiylə bağlanıb.
Məlumata görə, “Sibirin gücü” adlı boru xəttinin dəyəri 50 milyard dollardır. Bu xətt vasitəsiylə Rusiyadan Çinə ildə 38 milyard kub metr qazın nəqli nəzərdə tutulur.
Anar Türkeş / Redaktor.az