Netanyahu Qüdsdə mühakimə OLUNA BİLƏR

 18:00 02.12.2019     206

İsrailin Baş prokurorluğu barəsində 3 ittiham irəli sürülən Baş nazir Binyamin Neytanyahunun toxunulmazlığının ləğvi üçün parlamentə müraciət edib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, knessetə göndərilən hesabata görə, hökumət başçısının toxunulmazlığı ləğv edilməsə, o, Qüdsdə yerləşən İsrailin Qüds Mərkəzi Məhkəməsində mühakimə ediləcək.

Yerli mənbələr yazır ki, İsraildə hökumət qurulmadığından toxunulmazlıq hüququnu ləğv edən parlamentdəki komissiya formalaşmayıb. Bu üzdən, Netanyahunun toxunlumazlığının ləvğ edilməsi prosesi uzun çəkə bilər. 

Anar Türkeş / Redaktor.az