İranda kütləvi həbslər - İğtişaşlarda iştirak edən 79 nəfər saxlanılıb

 19:54 02.12.2019     532

İranda baş vermiş iğtişaşlar zamanı hərbi və polis bazalarına hücum etmiş 79 nəfər həbs edilib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, saxlanılanlar arasında bir neçə terrorçu qruplaşmanın üzvləri də var. Həbs olunanların əksəriyyəti Xuzestan vilayətindəki iğtişaşlarda fəal iştirak edənlərdir.

Onların ölkənin strateji əhəmiyyətli obyektlərində diversiya aktı planlaşdırdığı məlum olub.

Şübhəli şəxslərdən küllü miqdarda silah-sursat götürülüb.

Rüfət Xəlil / Redaktor.az