Hindistanda güclü yağışlar nəticəsində 17 nəfər ölüb

 20:32 02.12.2019     446

Hindistanda güclü yağışlar 17 nəfərin həyatına son qoyub.

 Tamil Nadu əyalətində yağıntılar nəticəsində 16 metr uzunluğundakı divar 3 evin üstünə aşıb. Həmin evdə yaşayan 17 nəfər ölüb. 

Əlavə edək ki, bölgədə həftə sonundan güclü yağışlar başlayıb.

Sinoptiklər yağıntıların daha bir neçə gün davam edəcəyini bildirib.

Rüfət Xəlil /Redaktor.az