Trampdan "F-35" çıxışı: "Türkiyəyə satmaqdan imtina etsək..."
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun “NATO-nun beyin ölümü reallaşıb” fikrinə münasibət bildirib.
Redaktor.az-ın məlumatına görə, o qeyd edib ki, Makron belə açıqlama ilə hərbi alyansı alçaldıb. “NATO böyük amallara xidmət edir” - deyən Tramp, hərbi alyans barədə alçaldıcı ifadələrin qəbuledilməz olduğunu bəyan edib.
Tramp həmçinin Türkiyə ilə münasibətlərə də toxunub:
“Türkiyəni sevirəm. Prezident Ərdoğanla da münasibətlərimiz yaxşıdır. Türkiyə NATO-nun əsas üzvlərindən biridir”. Ankara "F-35" lər üçün milyardlarla dollar ödəyib. Biz satmaqdan imtina etsək, alternativ seçimlərə yönələcəklər".
Anar Türkeş / Redaktor.az