Ermənistan MTX: Ordudan yazmayın!

 19:39 03.12.2019     720

Ordumuz barədə yazışmayın, istifadəçi özünü erməni kimi təqdim edən azərbaycanlı ola bilər.

Redaktor.az report-a istinadən xəbər verir ki, bu xəbərdarlıq Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) Feysbuk səhifəsində yazılıb.

MTX ölkənin bütün vətəndaşlarını sosial şəbəkədə tanış olmayanlarla hərbi mövzuda yazışmaqdan çəkinməyə çağırır: "Bu istiqamətdə problem olarsa, Milli Təhlükəsizlik Xidmətinə müraciət edin”.