İrəvanda polislə qarşıdurmada 24 tələbə saxlanılıb

 23:29 03.12.2019     732

Ermənistanda Daşnaksutyun partiyasının gənclər qanadından olan bir qrup tələbə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası qarşısında nazir Araik Harutyunyanla görüşmək tələbi ilə qanunsuz aksiya keçiriblər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, tələbələrin tələbi rədd edildiyindən onlar oturaq aksiyaya qərar veriblər.

Ermənistan hüquq-mühafizə orqanından bildirilib ki, bu zaman polislə tələbələr arasında qarşıdurma baş verib.