Ermənistan Milli Təhlükəsizlik Xidmətindən XƏBƏRDARLIQ

 00:14 04.12.2019     323

“Ordumuz barədə yazışmayın, istifadəçi özünü erməni kimi təqdim edən azərbaycanlı ola bilər”.

Redaktor.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu xəbərdarlıq Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) “Facebook” səhifəsində yazılıb.

MTX ölkənin bütün vətəndaşlarını sosial şəbəkədə tanış olmayanlarla hərbi mövzuda yazışmaqdan çəkinməyə çağırır: "Bu istiqamətdə problem olarsa, Milli Təhlükəsizlik Xidmətinə müraciət edin”.