Köçəryanın məhkəməsi yenidən TƏXİRƏ SALINDI

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın məhkəməsi gələn ilin yanvarınadək təxirə salınıb.
Redaktor.az virtualaz.org-a istinadən bildirir ki, bu ay yenidən keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə salınıb. Buna səbəb hakimin dekabrın 10-dan məzuniyyətə çıxması göstərilib.
Bildirilir ki, Köçəryanın vəkili təxirə salınmadan əvvəl müvəkkili haqda həbs qətiimkan tədbirinin dəyişdirilməsi məsələsinin müzakirəsini tələb edib. Prokuror isə eks-prezidentin hüquq müdafiəçilərini “yersiz ərizələr”lə məhkəmə prosesinin uzanmasına səbəb olmaqda günahlandırıb.
Robert Koçaryan 2008-ci ilin martında etiraz aksiyaları zamanı konstitusion quruluşu pozduğuna görə iyunun 23-də həbs edilib. Bu, onun 3-cü həbsidir. Belə ki, Koçaryan daha əvvəl – 2018-ci ildə 2 dəfə həbs edilib və azadlığa çıxıb.