ABŞ-dan Çinə növbəti SANKSİYA

ABŞ-ın Nümayəndələr Palatası Çin hökumətinin rəsmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan sənədi təsdiq edib.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, sənədin lehinə 407, əleyhinə isə 1 səs verilib. Sənəd Sintszyan-Uyğur Muxtar Rayonundakı uyğur türklərinə təzyiq göstərildiyinə görə çinli rəsmilərin cəzalandırılmasını nəzərdə tutur, həmçinin iqtisadi sanksiyaları da əhatə edir.
Sənəd Senatda və prezident Donald tərəfindən təsdiq olunandan sonra qüvvəyə minəcək.
Anar Türkeş / Redaktor.az