Əfqanıstanda xeyriyyə cəmiyyətinin əməkdaşları GÜLLƏLƏNDİ

 10:50 04.12.2019     1868

Əfqanıstanın Nəngərhar vilayətində Yaponiyaya məxsus xeyriyyə cəmiyyətinin əməkdaşları hücuma məruz qalıb.

Redaktor.az xəbər verir ki, hücum zamanı 5 nəfər həyatını itirib. Bir neçə həkim yaralanıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Hücumdan sonra təhlükəsizlik qüvvələri terrorçuları zərərsizləşdirmək üçün əməliyyatlara başlayıb.

Anar Türkeş / Redaktor.az