300 səhifəlik hesabat yayımlandı - HƏLQƏ DARALIR

 11:07 04.12.2019     3446

ABŞ-ın Nümayəndələr Palatasının Kəşfiyyat komitəsi prezident Donald Tramp barədə impiçment prosesinə dair hesabat yayımlayıb.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, sənəddə “Ağ ev” rəhbərinin səlahiyyətlərindən sui-istifadə etdiyi qeyd olunur. 300 səhifəlik hesabat Ədliyyə komitəsinə göndərilib.

Qanuna görə, Ədliyyə komitəsi hesabatı təsdiq edərsə, sənəd Nümayəndələr palatasında səsverməyə çıxarılacaq. Sənəd Nümayəndələr palatasından keçərsə, Senata göndəriləcək. Beləliklə, Tramp barədə məhkəmə prosesi başlayacaq. Proses birbaşa Ali məhkəmənin nəzarətində olacaq.

Xatırladaq ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə “Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib.

Telefon danışığının mətni mətbuata sızandan sonra demokratlar “Ağ ev” rəhbərinin impiçmentini tələb edib.

Anar Türkeş / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən