İran konsulluğuna 3-cü dəfə OD VURULDU

 11:24 04.12.2019     10794

İraqın Nəcəf şəhərində yerləşən İran konsulluğu 3-cü dəfə nümayişçilərin hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, etirazçılar binaya od vurub. Diplomatlar binada olmadığından tələfat qeydə alınmayıb. Xatırladaq ki, son 1 həftədə nümayişçilər 3-cü dəfədir İran konsulluğuna hücum edir.

İranda oktyabr ayında iqtisadi problemlərə qarşı başlayan aksiyalarda 400-dən çox insan həyatını itirib.

Anar Türkeş / Redaktor.az