Sərhəddə itkin düşmüş balıqçıların MEYİTİ TAPILDI

 12:04 04.12.2019     265

Gürcüstan-Azərbaycan sərhədində yerləşən Candargöldə itkin düşmüş iki gürcü balıqçının meyiti tapılıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb. 

Qeyd edək ki, dekabrın 2-də Azərbaycanın Ağstafa rayonu ilə Gürcüstanın Qardabani rayonu ərazilərində yerləşən Candargöldə güclü külək içərisində 3 balıqçının olduğu qayığı aşırıb. Nəticədə balıqçılardan yalnız biri sahilə çıxa bilib. Biri 21, digəri isə 27 yaşında olan iki balıqçı isə itkin düşüb.  Axtarış xilasetmə işlərinə Azərbaycan helikopteri də cəlb edilib.//Apa.az