Uqandada təbii fəlakət - 50 nəfər öldü

Şərqi Afrika ölkəsi Uqandada sel və torpaq sürüşməsi nəticəsində 50-yə qədər insan həyatını itirib. Çox sayda insan dağıntılar altında qalıb.
Redaktor.az BBC-yə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Bududa əyalətində baş verib. İtkin düşənlərin axtarışları üçün bölgəyə xilasedicilər cəlb edilib. Məlumata görə, təbii fəlakətin baş verməsinə şiddətli yağışlar səbəb olub.
Anar Türkeş / Redaktor.az