İraqda aksiyalar zamanı azı 460 nəfər həyatını itirib

İraqda davam edən aksiyalar zamanı azı 460 nəfər həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə İraqda fəaliyyət göstərən Azad İnsan Hüquqları komissiyası açıqlama yayıb. Məlumata görə, nümayişlər zamanı 17400 nəfər yaralanıb.
Qeyd edək ki, İraqda oktyabr ayından sosial problemlərə qarşı aksiyalar başlayıb.
Anar Türkeş / Redaktor.az