“Türkiyənin Rusiyadan aldığı S-400-lər heç vaxt NATO sisteminə inteqrasiya edilməyəcək” - Stoltenberq

NATO baş katibi Yens Stoltenberq Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi almasından sonra yaranmış vəziyyətə aydınlıq gətirib.
Redaktor.az-ın xəbərinə görə, NATO-nun baş katibi sammitdən sonra keçirilən mətbuat konfransında deyib ki, Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi heç vaxt NATO sisteminə inteqrasiya edilməyəcək.
“Türkiyənin Rusiyadan aldığı S-400-lər heç vaxt NATO sisteminə inteqrasiya edilməyəcək”, - deyə NATO baş katibi qeyd edib./apa/