Boris Consondan PKK açıqlaması

 22:50 04.12.2019     1260

Türkiyənin 4 milyon qaçqına ev sahibliyi etməsi səbəbindən üz-üzə qaldığı təzyiqləri, PKK-dan gələn terror təhlükəsini qəbul edirik.

Redaktor.az xəbər verir ki, bu sözləri İngiltərə Baş naziri Boris Conson bildirib.

Londonda keçirilən NATO sammiti barədə danışan Conson qeyd edib:

"Suriyanın şimalındakı vəziyyətin mürəkkəbliyini müzakirə etdik. Türkiyənin Suriyanın şimalı ilə bağlı planları, nə etmək istədiyi və gələcəyi necə gördüyünü anlamağa çalışdıq. Hamımız NATO müttəfiqləri arasında anlaşılmazlıqdan qaçmaq istəyirik. Bu danışıqları davam etdirməyə qərar verdik" /axar.az/