Ermənistanın idman nazirinin müavini, sürücüsü və futbol klubun rəhbəri saxlanılıb

 01:17 05.12.2019     2775

Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Gevork Loretsyan, onun sürücüsü və ölkənin futbol klublarından birinin rəhbəri həbs olunub.

Redaktor.az-ın məlumatına görə, böyük məbləğdə rüşvət almaqda ittiham olunan bu “üçlük” Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Klubda çalışan şəxsin həm də bir sıra şirkətlərin rəhbəri olduğu bildirilir. İlkin məlumata əsasən müavin nazirliyin idman inventarının alınması ilə bağlı elan etdiyi müsabiqələrdə şirkətə yardımçı olub. O, böyük məbləğdə rüşvət qarşılığında gördüyü bu işi sürücüsü vasitəsilə razılaşdırıb.

Rüşvət aldıqdan sonra isə hər üç şəxs saxlanılıb. İşlə bağlı sənədlər qurumun istintaq departamentinə verilib./apa/