Putinin sirli çantası ilk dəfə görüntüləndi - Görün içində nələr var / FOTOLAR

 17:45 09.12.2019     6215

Rusiya prezidenti Vladimir Putinin nüvə silahının işə salınmasına dair düymənin yerləşdiyi çantası ilk dəfə televiziyada görüntülənib.

Redaktor.az İxlas xəbər agentliyinə istinadən verir ki, “Zvezda” telekanalında yayımlanan reportajda hərbi mütəxəssis Aleksey Eqorov çantanın fotolarını yayımlayıb. Reportajda çantanın xüsusiyyətləri nəzərdən keçirilib. Bildirilib ki, çantadakı düymələr vasitəsiylə mümkün müharibə zamanı komandanlara həlledici təlimatları vermək mümkündür.

Xüsusiylə, nüvə başlıqlarının yerləşdiyi ballistik raketlərin atəş əmrini bu çanta vasitəsiylə vermək mümkündür. Məlumata görə, çantada iki əsas düymə var. Ağ düymənin basılması zamanı bütün strateji kodlar raket mərkəzlərinə göndərilir.

Qeyd edək ki, Rusiya prezidenti bütün xarici və uzaq şərq bölgələrinə səfərləri zamanı həmin çantanı özüylə götürür.

Anar Türkeş / Redaktor.az