Yunanıstan Türkiyəni BMT-yə ŞİKAYƏT ETDİ
Yunanıstan, Liviya ilə dəniz sərhədlərinə dair saziş imzaladığına görə Türkiyəni BMT-yə şikayət edib.
Redaktor.az xəbər verir ki, şikayət məktubunda sazişin pis niyyətlə bağlandığı vurğulanıb. Afinanın iddiasına görə saziş bölgənin sabitliyini təhlükəyə atır. Şikayət məktubunda həmçinin Türkiyə və Liviyaya qarşı sanksiyaların tətbiq olunması barədə çağırış edilib.
Qeyd edək ki, Türkiyə və Liviya arasındakı saziş dəniz sərhədlərinin məhdudlaşdırılmasını nəzərdə tutur. Türkiyə və Liviyanın icazəsi olmadan razılaşdırılmış ərazidən boru xətlərinin çəkilməsi və istifadəsi qadağandır.
Anar Türkeş / Redaktor.az