Pentaqon ərəbistanlı hərbçilər barədə araşdırma BAŞLATDI

 12:26 11.12.2019     294

ABŞ-ın Müdafiə Nazirliyi ölkədəki hərbi bazalarda Səudiyyə Ərəbistanından olan hərbçilərə təlim keçirilməsini təxirə salıb.

Redaktor.az xəbər verir ki,bu bərədə Pentaqondan açıqlama verilib. Bildirilib ki, qərarPensacola” hərbi bazasında törədilən silahlı insidentlə bağlıdır. Məlumata görə, xarici hərbçilərin təlimə cəlb edilməsi ilə bağlı yeni qaydalar tətbiq ediləcək və prosedur 10 gün davam edəcək. 10 gündən sonra təlimlər yenidən başlayacaq.

Qeyd edək ki, ABŞ-da 850 ərəbistanlı hərbçi var.

Ötən həftə 21 yaşlı ərəbistanlı hərbçinin Pensacola” dəniz hərbi bazasında törətdiyi hücum nəticəsində 3 nəfər həlak olub. 8 yaralı var. İnsident terror aktı kimi nəzərdən keçirilir.

Anar Türkeş / Redaktor.az