Türkiyə "S-400"ləri bu tarixdə İŞƏ SALACAQ

 14:23 11.12.2019     479

Türkiyə “S-400” hava hücumundan müdafiə sistemlərini 2020-ci ildə ordunun istifadəsinə verəcək.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar belə açıqlama verib.

O bildirib ki, 2020-ci ilin yaz aylarında müdafiə sistemləri nəzərdə tutulan ərazilərə yerləşdirilərək, işə salınacaq. Akarın sözlərinə görə, “S-400”lərin birinci paketi Türkiyəyə çatdırılıb və tədarük prosesi davam edir.

Anar Türkeş / Redaktor.az