SON DƏQİQƏ: Rusiyada fabrik yanır - VİDEO

 14:43 11.12.2019     505

Rusiyanın Yekaterinburq şəhərindəki boya fabrikində güclü yanğın baş verib.

Redaktor.az Tass agentliyinə istinadən xəbər verir ki, alov qısa müddət ərzində fabrikin böyük hissəsini əhatə edib. Dərhal əraziyə yanğınsöndürənlər cəlb edilib. 

Onlar alovun qarşısını almaq üçün səylərini davam etdirir. Lakin fabrikdəki kimyəvi maddələr alovun yayılmasına şərait yaradır. Əraziyə qonşu şəhərlərdən də yanğınsöndürənlər cəlb edilib. İlkin məlumatlara görə, tələfat qeydə alınmayıb.

Anar Türkeş / Redaktor.az