Parisdə aksiyalar ciddi çətinliklər YARADIB

 17:10 11.12.2019     310

Fransada prezident Emmanuel Makronun pensiya islahatına qarşı keçirilən aksiyalar ciddi çətinliklər yaradıb.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Parisdə tıxacların ümumi uzunluğu 460 kilometrə çatıb. Paytaxtda iki xətt istisna olmaqla bütün xətlərdəki metroların hərəkəti dayanıb. Qeyd edək ki, tətillərə 1 milyona yaxın insan qoşulub.

Onların arasında ictimai nəqliyyat sürücüləri, müəllimlər, həkimlər, tələbələr və digər peşə sahibləri var.

Anar Türkeş / Redaktor.az