PKK yüzlərlə İŞİD terrorçusunu SƏRBƏST BURAXDI

 17:20 11.12.2019     307

Suriyanın Haseke vilayətində PKK/YPG terrorçuları 516 İŞİD üzvünü sərbəst buraxıb.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, onların arasında İŞİD terrorçularının ailə üzvləri də var. Son 12 gündə qruplar şəklində sərbəst buraxılan terrorçuların hansı istiqamətdə getdiyi məlum deyil.

Qeyd edək ki, Haseke vilayəti PKK terror təşkilatının işğalı altındadır.

Anar Türkeş / Redaktor.az